O, 84 yaşında orta məktəbi bitirib və arzuladığı kimi sənədini alıb.
Söhbət Türkiyənin Ordu bölgəsində yaşayan 84 yaşlı Günəş Önürmədən gedir.

Önürme nənə 2013-cü ildə təhsilini başa vurmaq üçün Məsudiyə Xalq Təhsil Mərkəzinə müraciət edib.

İbtidai məktəbi, daha sonra orta məktəbi bitirən Önürmə xanım oxumaq əzmindən heç vaxt  əl çəkməyib.

Orta məktəbdən ötən ilin sonunda məzun olan Günəş Önürmə 6 uşaq və 18 nəvə sahibidir. 

O, Anadolu Agentlyinə verdiyi müsahibəsində bildirib ki, həyat yoldaşının vəfatından sonra əvvəllcə yarımçıq qalmış ibtidai, daha sonra orta və tam məktəbi bitirib. O qeyd edib ki, vaxtilə oxumağa çox həvəsi olsa da, imkansızlıqdan təhsilini davam etdirə bilməyib.

Oxumağın yaşı olmadığını vurğulayan G.Önürme, bundan sonra hədəfinin universiteti qazanmaq olduğunu bildirib.