"Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Avropa İttifaqı ölkələrinin və yoxsul ölkələrin vətəndaşları ən ağır nəticələrlə üzləşəcəklər".

Elxeber.com Ayna.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qlobal böhranın yaranmasına böyük töhfə verir.

“Obyektiv iqtisadi qanunlara görə, sanksiya vəsvəsəsinin davam etməsi, istər-istəməz Avropa İttifaqı, onun vətəndaşları, eləcə də dünyanın ən yoxsul ölkələri üçün ən mürəkkəb, həlledilməz nəticələrə gətirib çıxaracaq. Onsuz da dünya aclıq riski ilə üz-üzə qalıb”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Putin xüsusilə də Avropada inflyasiyanın kəskin artmasına diqqət çəkib və bunun davam edəcəyini söyləyib.