Yay ayları qidadan zəhərlənmə riskini artırır. Bu amili nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida zəhərlənmələri ilə bağlı hazırlanan maarifləndirici videomaterialı təqdim edirik. Videomaterialda AQTA-nın, habelə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları və həkimtoksikoloq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş 5 "Qızıl Qayda", qida məşəli xəstəliklərin iqtisadi və tibbi cəhətdən hansı fəsadlara gətirib çıxara
biləcəyi, qida zəhərlənməsi halı yaşandıqda atılmalı olan addımlar barədə öz fikirlərini
bölüşüblər.