Azərbaycanda Qurbаn bаyrаmı namazı iyulun 9-da qılınacaq.

Elxeber.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə hilalın (yeni doğulmuş Ay) görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə iyulun 9-na təsadüf edəcək.

Həmçinin bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 9-dan başlayaraq 3 gün davam edə bilər. 

Qeyd olunub ki, iyul ayının 9-da məscidlərimizdə birgə bayram namazları qılınacaq.