Sabah gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Elxeber.com-a verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23°, gündüz 30-34° isti, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22°, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.