Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına aktiv yardım edəcək.

Elxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Moskvanın Bakı və İrəvanla daim təmasda olduğunu xatırladıb.

Azərbaycanın Qarabağ regionunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan hissəsindəki vəziyyətə toxunan M.Zaxarova ölkəsinin tərəfləri üçtərəfli razılaşmalara ciddi əməl etməyə çağırdığını söyləyib: “Rusiyanın Müdafiə Nazirliyi və sülhməramlı kontingentinin komandanlığı vəziyyətin gərginliyini azaltmaq üçün addımlar atır. Sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına ciddi şəkildə uyğun hərəkət edirlər”.