"Mixail Delyaqinin Azərbaycanla bağlı açıqlamaları qəbuledilməzdir". 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib.

Bildirilib ki, Delyaqinin Azərbaycanla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun deyil.

Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Delyaqinin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixal Delyaqin martın 28-də Rusiyanın “Rossiya1” və “Pervıy” federal kanallarında müvafiq olaraq yayımlanan “60 dəqiqə” və “Vremya pokajet” tok şousunda Azərbaycanın ərazi bütövlüyünə, ümumilikdə dövlətçiliyimizə qarşı açıq təxribata yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib. Rusiyalı deputat Azərbaycanı ölkəsi üçün təhdid adlandıraraq Azərbaycanın neft sənayesini məhv etməyə çağırış edib.