Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən bir qisim yerli sakinlərin istifadəsinə icazə verilib.

Belə ki, muxtar respublika sakinlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarını Türkiyədə-İğdır şəhərində satmasına imkan yaradılıb. Bu imkan qarşı tərəf üçün də keçərlidir. 

Bu barədə Elxeber.com-a Naxçıvan Muxtar Respublikasında yaşayan sakinlər məlumat verib. 

Qeyd edək ki, Azərbaycanla (Naxçıvan) Türkiyə arasındakı Dilucu sərhəd-keçid məntəqəsi bu ilin iyul ayından  əhalinin gediş-gəlişi üçün bağlıdır.