Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb.  

Elxeber.com xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu ehtiyatda olan 300 min nəfərin səfərbərlik çərçivəsində orduya çağırılacağını deyib.

O, çıxışında Rusiyanın səfərbərlik resursunun, təxminən, 25 milyon nəfər olduğunu bildirib.

Nazir qeyd edib ki, qismən səfərbərliyə düşənlərin sayı bu rəqəmin 1 %-dən bir qədər çoxunu təşkil edir.