Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən bəzi şəxslərin keçməsinə icazə veriləcək.
Elxeber.com-un məlumatına görə, aşağıdaki hallarda hər iki ölkənin vətəndaşları sərhəddə tətbiq olunan məhdudiyyətlərdən təsirlənməyəcək.
1. Hər iki ölkədə təhsil alan tələbələr sərhədi keçə biləcək.
2. Sənədlərini təsdiq etdirmək məqsədilə gömrük qapısından istifadə etmək istəyən iş adamlarının keçidlərinə icazə veriləcək.
3. Hər iki ölkə vətəndaşlarının cənazə mərasimləri olduğu halda keçişlərə icazə veriləcək.