“Zəngəzur dəhlizi Türkiyənin şərqlə qərb arasındakı əlaqəsini təmin edəcək. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”.

Elxeber.com xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, dəhliz Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün əhəmiyyətlidir.

"Azərbaycan və Türkiyə olaraq çiyin-çiyinə, əl-ələ verib Xəzəri Aralıq dənizi ilə birləşdirmişik. Bakı-Tbilisi -Ceyhan Boru Kəməri ilə biz Mərkəzi Asiya dövlətlərinə öz karbohidrogen ehtiyatlarını Xəzər dənizi vasitəsilə Aralıq dənizinə ötürmək imkanları yaratmışıq”.

Səfirin sözlərinə görə, Zəngəzur dəhlizi Ermənistanın inkişafı, gələcəyi üçün əhəmiyyətlidir: “Zəngəzur dəhlizi layihəsi Ermənistanın özünü təhlükəsiz hiss etməsi üçün də vacibdir. Ermənistan son 30 ildə bir çox layihələrdən məhrum oldu. Bu layihələr Ermənistan yox, Gürcüstandan keçərək Türkiyə, Qara dəniz və Aralıq dənizinə çatdı. Ermənistan indi də kənarda qalarsa, həyata keçirə biləcək başqa layihəsi qalmayacaq”.

Müsahibəni təqdim edirik.