Şuşada güclü qar yağır.

Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib.

M. Abbasov qeyd edib ki, Şuşada şiddətli qar yağmağa davam edir və havanın temperaturu mənfi 5 dərəcədən aşağı düşüb.

Onun sözlərinə görə, qarın hündürlüyü bir metrdən çoxdur: "Şəhərin bütün texnikaları davamlı olaraq küçə və meydanları təmizləyir”.