Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hökuməti dövlətin üçrəngli milli bayrağını rəsmi olaraq qadağan edib.
Məlumata görə, bundan sonra Əfqanıstanın üçrəngli bayrağının yerinə bütün dövlət müəssisələrində və digər yerlərdə “Taliban” hərəkatının rəmzi olan ağ bayraqdan istifadə ediləcək.
Qeyd edək ki, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyəti ələ keçirib. Onlar həmin il avqustun 15-də ölkənin paytaxtı Kabilə girib, səhəri gün müharibənin bitdiyini elan ediblər.
Avqustun 31-də isə ABŞ hərbçiləri Kabilin beynəlxalq hava limanını tərk ediblər.