"Biz üzü payıza doğru gedirik. Hava soyumağa başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər”.

Elxeber.com xəbər verir ki, bunu ATV kanalına müsahibəsində TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

Mütəxəssis 18 yaşına çatmış bütün şəxslərə vaksinasiya prosesindən kənarda qalmamağı məsləhət görüb: “Şərtlərə müəyyən qədər əməl etməliyik. Sıxlıq olan yerlərdə lüzumsuz təmaslardan çəkinmək, maskalardan istifadə etmək lazımdır”.

Qeyd edək ki, ölkədə son həftələr koronavirusa yoluxma sayında sürətli artım müşahidə olunur. Aktiv xəstələrin sayı artıq 3152 nəfərə çatıb.