Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu il məlumatlarına görə, dünyada hər il təxminən 10 milyon 800 min insan hipertoniyadan (qan təzyiqinin yuxarı olması) ölür. Həkimlər hər il 10 milyon insanın qarşısı alına biləcək xəstəlikdən ölməsinin təəssüf doğurduğunu bildirir.

Ölçməyincə bilməzsən

Elxeber.com xəbər verir ki, Anadolu Agentliyi mövzunu gündəmə gətirib.

Türk Kardiologiya Dərnəyi Hipertoniya üzrə İşşi Qrupunun Üzvü və Trakya Universiteti Kardiologiya Bölümü Başçısı Dos. Dr. Altay, gizli şəkildə irəliləyən hipertoniyanı yaradan amillərin başında stresli bir həyat tərzinin olduğunu açıqlayıb.

Həkim bildirib ki,  “Ölçmədikcə öyrənə bilməzsən” şüarı ilə insanları qan təzyiqinə nəzarət etməyə sövq etməyə çalışırlar: "3 ildir mübarizə apardığımız COVİD-19 səbəbiylə 2021-ci ildə dünyada 4 milyona yaxın ölüm oldu. Hər il hipertoniyadan bu rəqəmdən iki dəfə çox insan ölür və biz bunun qarşısını ala bilərik”.

Həkim, hər il bir çox insanın ölümünə səbəb olan hipertoniyanın sadə ölçmə və müalicə üsulları ilə həll edilə bilən bir xəstəlik olduğunu, lakin insanların buna əhəmiyyət verməməsi və qaydalara əməl etməməsi səbəbindən xəstəliyin bir çox orqanlara təsir edə biləcəyini bildirib.

O qeyd edib ki, hipertoniya böyrək çatışmazlığı, ürək çatışmazlığı, koronar arteriya xəstəlikləri, infarkt, ritm pozğunluqları, beyində işemik və hemorragik insult, beyin qanaması, damar xəstəlikləri, aorta çatışmazlığı, aorta anevrizması kimi bir çox xəstəliklərin yaranma səbəbidir: "Yüksək təzyiq bəzilərimizdə baş ağrısı kimi əlamətlər verə bilər, amma bir çoxumuzda hipertoniya heç bir əlamət olmadan kök salır və zaman keçdikcə orqanlarımızın işini pozur. Biz həkimlər olaraq bunun fərqindəyik, amma insanların maarifləndirilməsini bir az da artırmaq lazımdır”.

Türkiyədə duz istehlakı normadan 3 dəfə çoxdur

Həkim Altay, həyat tərzi ilə yanaşı, qidalanma vərdişlərinin hipertoniyanın səbəbləri arasında olduğunu bildirib.

Duz istehlakının azaldılmasının vacib lazım olduğunu bildirən həkim Türkiyədən misal çəkib: "Türkiyə dünyada ən çox duz istehlak edən ölkələrdən biridir. Təəssüflər olsun ki, gündəlik orta hesabla duz istehlakı tövsiyəmiz 5 qram olduğu halda, Türkiyədə 15-16 qram civarında istehlak təyin olunub.

Ona görə də duz istehlakını azaltmalıyıq. İkincisi, piylənmə qan təzyiqinin çox vacib səbəbidir. Ona görə də qidalanma vərdişlərini dəyişdirərək, nizamlı fiziki fəaliyyət göstərərək arıqlasaq, xəstəliyi azaltmaq baxımından çox üstünlük qazanmış olarıq.

İnsanlar stressdən bir az uzaq durmalıdırlar, stress hipertoniya üçün bir təkandır və davamlı hipertoniyanın əsas səbəblərindən biridir. Xüsusilə yuxu apnesi kimi xəstəliklərdə hipertoniya yarana bilər. Bundan əlavə, siqaret və spirt istehlakının hipertoniyanı artırdığı məlumdur. Təəssüf ki, heyvan mənşəli qidalanma da hipertoniyaya mənfi təsir göstərir".

O, hipertoniya xəstələrinin yüzdə 5-10-da səbəb olaraq ikincili bir xəstəliyin olduğunu və bunun altında yatan səbəbi araşdırıb müalicə etməyin vacib olduğunu bildirib.

Pandemiya müddətində xəstələrin 58 faizi müalicə ala bilmədi

Doktor bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, COVİD-19 səbəbiylə qapanma dövründə hipertoniya xəstələrinin yüzdə 58-i müalicə olunmaqda problem yaşayıb: “Pandemiya dövründə xəstələr həkim və müalicə baxımından problemlə üzləşdi. Buna bağlı olaraq orqan pozulmaları əmələ gəldi. Bundan başqa, bu dövrdə stress faktorları, qidalanma vərdişlərinin pozulması, hərəkətsizlik və ya evə qapanma kimi səbəblər yüksək təzyiqdən əziyyət çəkən xəstələrə mənfi təsir etdi. Bu hal yeni xəstələr də ortaya çıxardı. Bundan başqa, hipertoniya xəstələri koronavirus xəstəliyini daha ağır keçirdilər".