Yaponiyanın “Toyota Motor” nəhəng avtomobil istehsalı korporasiyası təchizatda yaranan problemlərlə əlaqədar Rusiyada istehsalı və bu ölkəyə avtomobil ixracını dayandırıb.
Bu barədə şirkət özü məlumat yayıb.
Məlumatda bildirilib ki, şirkətin Sankt-Peterburqdakı zavodunda ehtiyat hissələrinin tədarükündə yaranmış problemlə əlaqədar istehsal, həmçinin hazır avtomobillərin Rusiyaya göndərilməsi dayandırılıb.
“Nikkei” qəzetinin yaydığı məlumata görə, “Toyota Motor” şirkəti Rusiyadakı əməkdaşlarını-şirkətin 26 nəfər əməkdaşı və onların ailə üzvlərini də ölkədən çıxarır. Moskva ilə Tokio arasında birbaşa aviareyslər olmadığına görə onların üçüncü ölkələr vasitəsilə Yaponiyaya qayıdacaqları bildirilir.
Kyodo agentliyini məlumatına görə, “Mitsubishi Motors”, “Nissan Motor” və “Subaru” şirkətləri də əməkdaşlarının Rusiyadan çıxarılmasına başlayıb.