Bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr görüş keçirib.
Elxeber.com Yeniavaz.com-a istinadən xəbər verir ki, səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında keçirilən görüşdə tərəflər arasında Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılıq əldə edilib. Bununla bağlı lazımi prosesin yaxın vaxtlarda başlayacağı bildirilib.