Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

Elxeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatının başladığını açıqlayıb.

Nazri əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.

Hulusi Akar, Hərbi Hava Qüvvələri Əməliyyat Mərkəzi ilə videokonfrans vasitəsi ilə danışıb.

Türkiyə Silahlı Qüvvələri Komandanlığı ilə Hərbi Hava Qüvvələri Komandanlığının Əməliyyat Mərkəzində nazir Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı, ordu generalı Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı, general Adnan Özbal əməliyyatların gedişini izləyib.