Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ərdoğan bu barədə rəsmi tviter hesabında paylaşım edib.

Paylaşımda bildirilib: "44 günlük dastan kimi bir mübarizədən sonra Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr -Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq".