Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın Kovid-19 testi pozitiv çıxıb. 

Elxeber.com-un məlumatına görə, Türkiyə rəhbəri bu barədə rəsmi Tvitter səhifəsində açıqlama verib. 

O bildirib ki, hiss etdikləri yüngül simptomlardan sonra həyat yoldaşı ilə birlikdə verdikləri testin nəticəsi müsbət olub: "Virusun "omikron" variantına yoluxduğumuzu öyrəndik. Şükürlər olsun ki, xəstəliyi yüngül keçiririk. Vəzifəmizin başındayıq və işlərimzi evdə davam etdirəcəyik. Dualarınızı gözləyirik".