Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Ölkə 5 il fəaliyyət göstərəcək prezidentini seçəcək.

Elxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, səsvermə yerli saatla 08:00-da başlayıb.

60 milyon 721 min 745 seçici üçün 191 mindən çox seçki qutusu yaradılıb.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin mütləq səs çoxluğu əldə etməməsi səbəbindən ölkə yeni prezidentini müəyyən etmək üçün yenidən seçkilərə gedir.

Türkiyənin siyasi tarixində ilk dəfə baş tutacaq ikinci prezident seçkiləri üçün səsvermə yerli vaxtla saat 17.00-a qədər davam edəcək.

Xatırladaq ki, seçkidə "Xalq İttifaqı"nın prezidentliyə namizədi, indiki Prezident Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın  prezidentliyə namizədi Kamal Kılıçdaroğlu mübarizə aparacaq.