Türkiyədə Qurban bayramı zamanı kəsim prosesində baş verən qəzalar nəticəsində 29 983 nəfər xəsarət aldığı üçün müalicəyə cəlb olunub.

Elxeber.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat verib.

O, sosial media hesabındakı paylaşımında qurban kəsimi zamanı aldığı xəsarətlərə görə 951 nəfərin təcili yardımla aparıldığını, 29 min 32 nəfərin isə şəxsən müraciət edərək səhiyyə müəssisələrində müalicə aldığını bildirib.

Vəziyyəti ağır olan və əməliyyat olunan 83 nəfərin müalicəsinin davam etdiyini vurğulayan nazir, "Xəstələrimizə şəfa diləyirik. Bayram gündəminə daxil olan bu kimi hadisələr hamımız üçün kədərlidir",- deyə əlavə edib.