Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyanın şimalında 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Elxeber.com xəbər verir ki, Hulusi Akar bu barədə İstanbul Pendikdəki Atatürk Mədəniyyət Mərkəzində keçirilən Terrorla Mübarizə və Suriya Konfransında çıxışı zamanı deyib.

O, böyük və qüdrətli bir Türkiyənin qarşısındakı ən böyük maneələr arasında olan terrorla mübarizənin qətiyyətlə davam etdiyini bildirərək, əsgərlərin terrorçuların “giriş qadağandır” dediyi yerlərə girərək “girilə bilməz” dedikləri yerlərə getdiklərini bildirib. O, İraq və Suriyayının şimalında terrorçuların yuvalarını məhv etməyə davam etdiklərini vurğulayıb: "Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizə bitməyəcək. Mehmetcik terrorçuları qazdıqları çuxur və mağaralarda basdırmağa davam edir. 24 iyul 2015-ci ildən bu günə kimi 37 min 860 terrorçu zərərsizləşdirilib. Bu gün də daha 6 terrorçu zərərsizləşdirilib".

İraqın şimalındakı terror hədəflərinə qarşı başladılan "Pəncə" seriyalı əməliyyatların böyük əzmlə davam etdiyini vurğulayan Akar Qara, Zap, Hakurk, Metina və Avaşin Basiyandakı terror yuvalarının terrorçuların bir-bir dağıdıldığını bildirib.

Terrora son qoymaqda qərarlı olduqlarını bildirən Akar terrorçuların qarşısında iki yol olduğunu, bunlardan birinin ədalətə təslim olmaq, digərinin isə çuxurlara basdırılmaq olduğunu vurğulayıb.