Ukrayna ərazisində irəliləyən rus tankının üzərində Sovet Sosialist Respublikaları İttifaqının bayrağının asıldığı görülüb.
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevə doğru irəliləməyə davam edir.
Rusiya Müdafiə Nazirliyi Rusiya tanklarının irəliləməsini əks etdirən video yayımlayıb.
Rusiya tankından asılmış Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bayrağı diqqət çəkib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumunun 14-cü günüdür.