Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 279 uşaq itkin düşmüş hesab olunur, 7460 uşaq tapılıb.

Xarici KİV-in yazdığına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti “Müharibə uşaqları” dövlət portalında məlumat açıqlayıb.

Məlumatda qeyd olunub ki, indiyə kimi 279 uşaq itkin düşüb, 11028-i deportasiya edilib, 7460-ı tapılıb, 96-sı geri qaytarılıb.

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 430 uşağın öldüyü, 829-nun yaralandığı açıqlanıb.

Müharibə dövründə ümumilikdə 1229 ukraynalı uşaq zərər çəkib.