Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən və nəqliyyat infrastrukturu tamamilə dağıdılan İrpin şəhərinin sakinləri, son günlər Rusiya hava hücumlarının intensivləşməsi ilə öz vasitələri ilə şəhəri tərk edir.

Anadolu Agentliyi xəbər verir ki, minlərlə sakin körpələri qucağında, Rusiya ordusunun Kiyevə girməsinin qarşısını almaq üçün Ukrayna əsgərləri tərəfindən daha əvvəl partladılmış körpüdən keçərək qaçmağa çalışır.