Vətən müharibəsi şəhidi Sadiq Vəliyevin əkiz bacı-qardaşı dünyaya gəlib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qurumun tabeliyində olan Respublika Perinatal Mərkəzində doğulan əkizlərdən biri oğlan, digəri qızdır. 
Mərkəzin ixtisaslı həkimləri tərəfindən nəzarət altında olan ana və körpələr bu gün evə buraxılıb.
Qeyd edək ki, doğulan körpəyə qardaşının - şəhidimizin adı verilib.