Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 8-i günortayadək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 6-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, şimal-qərb küləyi arabir güclənib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 15, Qrızda 11, Ləzədə 9, Şahdağda 7, Qaxda 3, Xaltanda 1 sm olub.

Düşən yağıntının miqdarı Qrızda 22.0 (aylıq normanın 77%-i), Şabranda 16.0 (aylıq normanın 53%-i), Qax, Qubada 15.0 (aylıq normanın 32%-i), Qusarda 15.0 (aylıq normanın 32%-i), Xaçmazda 13.0 mm (aylıq normanın 40%-i) olub.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb.