Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib.

Hadisə səhər saatlarında, rayonun Aran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otardığı ərazidə gördüyü naməlum əşyaya toxunub.

İ.Mikayılov əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.