Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri bilinməsə da, imtahanlara qeydiyyatla bağlı prosesə fevralın sonu, martın əvvəlində başlamaq nəzərdə tutulub.

Elxeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

O qeyd edib ki, qəbul imtahanlarının ikinci mərhələsinin 2 dəfə keçirilməsi nəzərdə tutulub.

X. Xanlarzadə bildirib ki, IX illik bazadan kolleclərə qəbul buraxılış imtahanı əsasında aparılır. Həmin abituriyentlər üçün buraxılış imtahanı apreldə keçiriləcək. IX sinif üzrə əvvəlki illərin məzunları üçün kolleclərə qəbul vaxtı isə elan ediləcək.