Amerika Birləşmiş Ştatlarının Filippinin Samar sahillərində batan gəmisinin indiyə qədər ən dərində tapılan gəmi olduğu açıqlanıb.
Elxeber.com BBC-yə istinadən xəbər verir ki, ABŞ Hərbi Donanmasına məxsus "USS Samuel B Roberts" adlı gəmi İkinci Dünya Müharibəsi zamanı Filippinin Samar sahillərində batıb.
Dəniz səviyyəsindən təxminən 7 kilometr aşağıda olan qalıqlar indiyə qədər ən dərində tapılan gəmi kimi qeydə alınıb.
ABŞ və Yaponiya donanmasının qarşılaşdığı Samar döyüşündə zədələnən gəminin gövdəsində top və güllə izləri var.
Qeyd edək ki, “USS Samuel B Roberts” gəmisinin 224 nəfərlik heyəti olub. 120 ekipaj üzvü 50 saat xilasetmə qayıqlarından yapışaraq sağ qalmağı bacarıb.