Türkiyənin Mersin şəhərinin Silifke bölgəsində keçən ilin iyul ayında baş verən meşə yanğınlarında zərər çəkən badam ağacları çiçəkləməyə başlayıb.
Silifke Təsərrüfatçılar Birliyinin rəhbəri Cəfər Doyğun bildirib ki, bölgədəki badam ağaclarının 80 faizi meşə yanğınlarında zərər görüb.

Ətraf kəndlərdə yanğından əvvəl təxminən 300 min badam ağacı olduğunu deyən birlik rəhbəri, yanğınlar nəticəsində çox ağacın yanmasına baxmayaraq fermerlərin hələ də ümidli olduqlarını bildirib.

Badam ağaclarının çiçək açması isə sahibkarların ümidini artırıb və onları xoşbəxt edib.