İşğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıda dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, Qazax rayonunun işğaldan azad edilmiş və dövlət başçısının ali tapşırığına uyğun olaraq DSX tərəfindən nəzarətə götürülmüş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin ərazilərində dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə aparılır.